04.02.2022
04.02.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında kitabxana işçilərinin növbəti aylıq seminarı müşavirəsi keçirilmişdir
Seminarda İllik Plan və hesabatlar,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili ” elan etməsi, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri ilə bağlı verilən sərəncamların təbliği ilə əlaqədar metodiki tövsiyyələrin hazırlanması,
Kitabxanalarda keçirilən tədbirlərin sənədlərinin düzgün tərtibatına dair metodiki tövsiyyələr Müasir kitabxana işi – kitabxanaların rəqəmsal mühitdə fəaliyyəti müzakirə edildi.
Giriş sözü ilə MKS nin direktor əvəzi Fəridə Qədimova seminarı açıq elan edərək şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsini xahiş etdi. Daha sonra kitabxanalarda işin ümümi vəziyyəti haqqında ətraflı məlumat verərək kitabxanaçılara işlərini günün tələblərinə uyğun qurmalarını, nizam-intizama ciddi riayət etmələri haqqında çıxış etdi.
Metodiki İşlərin Təşkili Şöbəsinin müdiri İradə Abbasova kitabxanalarda keçirilən tədbirlərdən danışaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar tədbirlər planı hazırlamaq, II Qarabağ müharibəsi haqqında , ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri ilə bağlı verilən sərəncamların təbliği ilə əlaqədar şıxış edərək ənənəvi və onlayn tədbirlər keçirilməsini qeyd etdi və Gənclər strategiyası, uşaq strategiyası, Gənclərin asudə vaxtının səmərəli keçirilməsi, Yay məktəbi ilə əlaqədar plan tutulması, hüquqa aid tədbirlər təşkil edilməsini bildirdi.
Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Gülnaz İsgəndərova “Müasir kitabxana işi – kitabxanaların rəqəmsal mühitdə fəaliyyəti haqqında çıxış edərək “ALİSA” proqramında necə işlənilməsini kitabxana işçilərinə başa saldı.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin operatoru Nərmin Quliyeva “ALİSA” proqramında oxucu, verlişin modlunun necə işlənməsini kitabxanaçılara başa saldı.Seminar praktiki məşğələlərlə sona çatı